AZ   |   RU
Partiyamızın büdrəməsini gözləyən rəqiblərimizi sevindirməyəcəyik - Ərdoğan


"Partiyamızın büdrəməsini gözləyən rəqiblərimizi əsla sevindirməyəcəyik. Önümüzdəki dövrü yeni bir böyümənin dönüş nöqtəsi edəcəyik".

Missiya.Az 
xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiya Böyük Millət Məclisinin qrup toplantısında çıxışında deyib.

"31 Mart seçkiləri 40,5 faiz səslə Xalq İttifaqının (Cumhur İttifakı) üstünlüyü ilə nəticələndi. 1400 bələdiyyənin 54,3 faizini Xalq İttifaqı idarə edəcək. CHP-nin milli iradənin həzmsizliyi üzə çıxsa da, Yüksək Seçim Kurulu (YSK) buna son qoydu. Önümüzdəki dövrdə Hataylı qardaşlarımıza şəxsən təşəkkürümüzü bildirəcəyik”, - Türkiyə lideri qeyd edib.

Zərintac Mayisqızı
Missiya.Az




  • 17-04-2024, 13:59