AZ   |   RU
İlham Əliyev Portuqaliya Prezidentini COP29-a dəvət edib


Azərbaycan Prezidenti İlham Əliyev portuqaliyalı həmkarı Marselo Rebelo de Sousanı noyabrda Bakıda keçiriləcək COP29-a dəvət edib.

Missiya.Az-ın məlumatına görə, tədbirə dəvəti Azərbaycanın Vatikan və Portuqaliyadakı səfiri İlqar Muxtarov Marselo Rebelo de Sousa ilə görüşdə çatdırıb.

Qeyd edək ki, İ.Muxtarov Portuqaliya prezidentinə etimadnaməsini təqdim edib.



  • 17-04-2024, 11:56