AZ   |   RU
Azərbaycanda 49 kiloqram narkotik aşkarlanıb


Polis əməkdaşları həftəsonu ölkə ərazisində 49 kiloqram narkotik aşkarlayıblar.

Bu barədə Missiya.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, keçirilən əməliyyat tədbirləri ilə aprelin 13-də və 14-də ümumi çəkisi 49 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 5 kiloqrama yaxın heroin, 39 kiloqrama yaxın marixuana və 5 kiloqrama yaxın metamfetamin olub.



  • 15-04-2024, 09:55