AZ   |   RU
UEFA Konfrans Liqası: "Fənərbağça" Pireydə "Olimpiakos"un qonağı olacaq


Bu gün UEFA Konfrans Liqasında 1/4 final mərhələsinə start veriləcək.

Missiya.Az Report-a istinadən xəbər verir ki, Türkiyə təmsilçisi “Fənərbaxça” Pirey şəhərində “Olimpiakos”un qonağı olacaq.

İngiltərədə “Aston Villa” klubu “Lill” ilə münasibətləri aydınlaşdıracaq. “Viktoriya” Çexiyada “Fiorentina”nı, PAOK isə Yunanıstanda “Brügge”ni sınağa çəkəcək.

Konfrans Liqası
1/4 final, ilk oyunlar 

11 aprel
20:45. “Olimpiakos” (Yunanıstan) – “Fənərbaxça” (Türkiyə)
20:45. “Viktoriya” (Çexiya) – “Fiorentina” (İtaliya)
23:00. “Brügge” (Belçika) - PAOK (Yunanıstan)
23:00. “Aston Villa” (İngiltərə) – “Lill” (Fransa)

Qeyd edək ki, 1/4 final mərhələsinin cavab oyunları aprelin 18-də gerçəkləşəcək.



  • 11-04-2024, 10:52