AZ   |   RU
Məni uzaq yerlərə iftar süfrəsinə dəvət etməyin – Kərim


Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən həmkarlarına əsəbiləşib.

Missiya.Az xəbər verir ki, ifaçı məsafələrin uzaqlığından şikayət edib.

"Məni iftar süfrəsinə dəvət edən əziz dostlarım sizdən xahiş edirəm qonaqlığınızı Mərdəkan, Şüvəlan, Novxanı, Nasosnu kimi yerlərə salmayın. Tıxacla gəlib çıxmaq olmur. İş, güc başlayıb. Oruc olan adam əsəbi, gərgin olur. Deyirsən, zamanı gəlsin bir su içəsən ki, özünə gələsən. Çağırırsınız uzağa. Evimdən neçədə çıxım ki, gəlib çatım? Ondansa məni dəvət etməyin”, - deyə Kərim əlavə edib.

Zərintac Mayisqızı
Missiya.Az





  • 29-03-2024, 15:24