AZ   |   RU
Almaniyalı deputat: Ukrayna məğlub olarsa, bu, digər diktatorlara siqnal olacaq

 

“Ukraynanın Rusiya Federasiyasına qarşı müharibədə qələbəsinin alternativi yoxdur. Əgər Ukrayna məğlub olarsa, bu, digər diktatorlara siqnal olacaq”.


Missiya.Az xəbər verir ki, bu fikri “RBC-Ukraina”ya müsahibəsində Avropa Parlamentinin üzvü Viola fon Kramon-Taubadel deyib.


"Həqiqətən bizim Ukraynanın qalib gəlməsi, Ukraynanın uğur qazanması faktına və ya tələbinə alternativimiz yoxdur. Buna nail olmaq bizim əsl maraqlarımıza uyğundur", - deyə o qeyd edib.

 

Leyla SƏMƏNDƏR
Missiya.Az



  • 28-03-2024, 12:55