AZ   |   RU
Biz həmin kəndləri Ermənistan ərazisi hesab edən insanları axtarırıq - Erməni spiker


Ermənistan parlamentinin sədri Alen Simonyan Azərbaycana qaytarılmalı olan kəndlərdən danışıb.


Missiya.Az APA-ya istinadən xəbər verir ki, Alen Simonyan bu gün parlamentdə jurnalistlərlə söhbətində Qazaxın işğal altındakı 4 kəndinin Azərbaycana qaytarılması məsələsinə toxunub.


“İndi biz buranı Ermənistan ərazisi hesab edən insanları axtarırıq. Mən o adamları axtarıram ki, gəlib Ermənistan ərazisində olduqlarını sübut edəcəklər. Ermənistan Sovet İttifaqının yaradılmasından tutmuş Ermənistanın müstəqilliyinə qədər bütün xəritələrdə öz ərazisini metr-metr göstərə bilər. Tavuş sakinləri Ermənistanla Azərbaycan arasında xəttin harada olduğunu bilirlər”, - Simonyan bildirib.


O, hətta Gürcüstana gedən yolda dayanıb hansı ərazilərin Azərbaycana məxsus olduğunu göstərdiklərini də deyib.


Simonyan müxalifətin bununla bağlı gərginlik yaratmağa çalışdığını vurğulayıb.


Ermənistan parlamentinin sədri işğal altında olan 8 kəndlə bağlı Azərbaycanın hərbi əməliyyat keçirəcəyini istisna etməyib.


“Azərbaycanlılar bu barədə açıq danışırlar”, - Simonyan əlavə edib.



  • 27-03-2024, 17:32