AZ   |   RU
Gürcüstanın Baş naziri Ermənistanı müharibədən sonra fürsətləri dəyərləndirməyə çağırıb

“Qarabağ müharibəsi region üçün çətin çağırış idi. İnanıram ki, bu çağırış yeni fürsətlərə çevriləcək”.

Missiya.Az
xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili erməni həmkarı Nikol Paşinyanla keçirdiyi brifinqdə deyib.

O bildirib ki, bu fürsətlər Ermənistana və onun xalqına firavanlıq gətirə bilər.

Baş nazir vurğulayıb ki, Ermənistanın siyasi-iqtisadi stabilliyi regionun stabilliyi ilə əlaqəlidir.


  • 8-09-2021, 16:34