AZ   |   RU
Xankəndidə silah-sursat aşkarlanıb


Ötən gün Xankəndi şəhərində xeyli silah-sursat aşkarlanıb.



Bu barədə Missiya.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.


Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 8-də Xankəndi şəhəri ərazisindən 1 ədəd avtomat silahı, 1 ədəd qumbara, 4 ədəd patron darağı, 1 alışdırıcı, 241 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.



  • 9-03-2024, 13:21