AZ   |   RU
DİN: Ötən gün narkotiklərlə əlaqəli 38 fakt müəyyənləşib


Martın 8-də ölkə ərazisində qeydə alınan 60, əvvəlki dövrlərdən bağlı qalan 30 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.



Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Missiya.Az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 24, o cümlədən borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.


Narkotiklərlə əlaqəli 38, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən edilib.


Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb.



  • 9-03-2024, 12:20