AZ   |   RU
Rövnəq Abdullayev bu vəzifəsini də itirir - AFFA-dan gedir

Rövnəq Abdullayev aprelin 2 -də keçiriləcək AFFA-nın prezidenti postuna seçkidə namizədliyini irəli sürməyəcək.


Missiya.Az xəbər verir ki, o, bu barədə Gəncədə keçirilən AFFA İcraiyyə Komitəsinin iclasında bildirib. 


Qeyd edək ki, Rövnəq Abdullayev 2008-ci ildən AFFA-nın rəhbəridir. Onun bu posta fəaliyyəti rəhbərliyinin bütün dövründə sərt ictimai qınaqlara səbəb olub. Azərbaycan futbolunun və milli çempionatın səviyyəsini nəzərə aldıqda tənqidlərlə razılaşmamaq  mümkün deyil. Ümid edirik ki, bundan sonra AFFA-ya futbola və ümumən idmana  yad olmayan şəxs rəhbərlik edəcək.




  • 1-03-2024, 16:28