Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3 759 yeni yoluxma faktı qeydə alınıb, 3 473 nəfər müalicə olunaraq sağalıb.
Missiya.Az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan
45 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə
432 495 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan
373 475 nəfər müalicə olunaraq sağalıb,
5 722 nəfər vəfat edib.
53 298 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar
17 678, bu günə qədər isə ümumilikdə
4 498 717 test icra olunub.