AZ   |   RU
Azərbaycan Rusiya istehsalı S-300 sistemlərini necə məhv edib? - DÜNYANI HEYRƏTLƏNDİRƏN TAKTİKA - VİDEO

Dünya hərb tarixində yeni mərhələnin başlamasına səbəb olan İkinci Qarabağ Müharibəsi zamanı Azərbaycanın tətbiq etdiyi döyüş taktikası  barədə yeni faktlar ortaya çıxır. Əsas sirli məqamlardan biri döyüşlər zamanı Azərbaycanın Rusiya istehsalı S-300 raket sistemlərini necə məhv etməsi ilə bağlıdır. Qeyd edək ki, Azərbaycanın S-300-lərin yerini aşkarlama və vurma taktikası dünyaca məşhur hərbi ekspertləri də təəccübləndirib. 

Missiya.Az
xəbər verir ki, Azərbaycan Ordusunun hərbçilərindən biri “Middle East Eye” saytına açıqlamasında S-300 raketlərinin vurulma taktikası barədə danışıb.

Hərbçi bildirib ki, müharibənin əvvəllərində S-300 Havadan Müdafiə Sistemlərini aşkarlamaqda və məhv etməkdə çətinlik çəkiblər.

Sitat: “Müdafiə sistemlərini məhv etmək üçün asan yol tapıldı. Düşündük ki, Azərbaycanın Rusiya istehsalı silah sistemlərini aşkarlamaq və məhv etmək üçün saxta təyyarəyə ehtiyacımız var. Sovet istehsalı olan, 100 min dollarlıq “Antonov A-2” təyyarəsindən istifadə etmək qərarı verildi. Həmin təyyarə “pilotsuz” vəziyyətə gətirildi”, - sitatın sonu.


O, mütəxəssislərin təyyarəni düşmən mövqelərinə göndərdiklərini deyib.

Sitat: “S-300 sistemlərinin radarları bu təyyarətini görən kimi avtomatik olaraq reaksiya verdi, aktivləşdi. Azərbaycanın mütəxəssisləri isə həmin sistemlərin yerini müəyyənləşdirdi. Yeri aşkarlanan S-300 sistemləri İsrail istehsalı “Harop” kamikadze PUA-ları vasitəsi ilə məhv edildi”, - sitatın sonu. 

Qeyd edək ki, Azərbaycan müharibə zamanı Ermənistana məxsus “S-300” zenit-raket komplekslərinin 7 atıcı qurğusunu, 1 “S-300” radiolokatorunu və 2 “S-300” aşkaretmə stansiyasını məhv edib. S-300 raketləri modifikasiyasından asılı olaraq hədəfləri 47 km-dən 150 kilometrə qədər məsafədə vurma imkanına, hava obyektlərini isə 120 km-dən 300 km-ə qədər məsafədə aşkar etmək imkanına malikdir.

Kompleksin hava obyektlərinin aşkar edilməsinin uzaqlığı 120-dən 300 kilometrədəkdir. Hədəfin məhv edilməsi yüksəkliyi isə maksimum 27 km-dir. Bu raketlər saniyədə 2800 metrə kimi sürətlə hərəkət edən hədəfləri məhv etməyə qadirdirlər. Sistem eyni zamanda aktiv və passiv bir maneələrə qarşı qoruma imkanına malikdir. Hazırda “S-300” kompleksləri Rusiyadan başqa 18 ölkənin, o cümlədən postsovet dövlətlərdən Ermənistan, Qazaxıstan, Ukrayna, Belarus və Azərbaycan Hava Hücumundan Müdafiə Qüvvələrinin silahlanmasında mövcuddur. Azərbaycan 2010-cu ildə Rusiyadan 2 divizion “S-300 PMU2” kompleksini alıb. Bu raketlər ilk dəfə 2011-ci il iyun ayının 26-da Bakıda keçirilən hərbi paradda nümayiş olunub.

]

Elvin
Missiya.Az


  • 5-03-2021, 13:11