AZ   |   RU
Azərbaycanda toylarla bağlı qərara dəyişiklik edilib - Qərar sentyabrın 1-i qüvvəyə minəcək

“Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli qərarında dəyişiklik edilib.

BAKU.WS xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliyə əsasən, şənlik mərasimlərinin COVID-19 pasportu olmadan 50 nəfər iştirakçı ilə keçirilməsi qadağan olunub.
Bu qərar sentyabrın 1-dən qüvvəyə minir.


  • 28-08-2021, 13:23