Şənbə 14 İyun 2025 / 8:14:52
                    AZ   |   RU
Blinken bu gün Yaxın Şərqə 3 günlük səfər edəcək

ABŞ dövlət katibi Antoni Blinken bu gün başlayacaq Yaxın Şərq səfəri çərçivəsində Səudiyyə Ərəbistanı, Misir, Qətər, İsrail və İordan çayının qərb sahilinə səfər edəcək.


Missiya.Az “haber7com”a istinadən xəbər verir ki, bu, Blinkenin oktyabrın 7-dən bəri regiona beşinci səfəri olacaq.


Bildirilir ki, ABŞ dövlət katibi fevralın 8-dək davam edəcək səfəri zamanı həmsöhbətləri ilə Qəzzada son vəziyyəti və məhbus mübadiləsi prosesini dəyərləndirəcək.


Məlumata görə, Fələstin üçün İsraillə də diplomatik görüşlər keçirəcək Blinkenin gündəmindəki digər mövzu isə Husilərin Qırmızı dənizdəki hücumları ilə bağlı son vəziyyət olacaq.



Daşqın Həsənov
Missiya.Az



  • 5-02-2024, 12:38