AZ   |   RU
Fransa Əfqanıstandan 2500 insanı təxliyə edib

“Taliban” hərəkatının hakimiyyətə gəlməsi ilə Fransa Əfqanıstandan 2500-dək insanı təxliyə edib.

Missiya.Az
TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Fransa hökumətinin rəsmi nümayəndəsi, dövlət katibi Qabriel Attal məlumat verib.

“Əsas narahatlığımız fransızların təhlükəsizliyi ilə bağlıdır. İnsanların yerdəyişməsi ilə bağlı istənilən potensial riski diqqətlə nəzərdən keçiririk. Xüsusi xidmət orqanlarımız əla iş görüblər”, - o deyib.


  • 25-08-2021, 20:24