Çərşənbə 18 İyun 2025 / 0:20:38
                    AZ   |   RU
Türkiyə parlamenti İsveçin NATO-ya üzvlüyünə razılıq verə bilər

 

Türkiyə Parlamentinin Baş Assambleyası bu gün İsveçin NATO-ya üzvlük müraciətini müzakirə edəcək. 

Missiya.Az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, parlament tərəfindən tam təsdiq edildikdən sonra prezident Rəcəb Tayyib Ərdoğanın qanunu imzalayacağı və uzun sürən prosesə son qoyacağı gözlənilir.

Qeyd edək ki, İsveç və Finlandiya Rusiyanın Ukraynaya müdaxiləsindən sonra 2022-ci ildə alyansa qoşulmaq üçün müraciət ediblər. Lakin NATO üzvü Türkiyə hər iki ölkənin Ankaranın terrorçu hesab etdiyi qrupları müdafiə etməsinə etiraz edib.

Leyla SƏMƏNDƏR
Missiya.Az




  • 23-01-2024, 12:02