Cümə 6 İyun 2025 / 13:10:43
                    AZ   |   RU
“Barselona”da Xavini bu məşqçi əvəz edəcək



“İspaniyanın “Jirona” futbol klubunun baş məşqçisi Miçel mənə dedi ki, növbəti mövsümdən “Barselona”nın yeni baş məşqçisi olacaq”. 


Missiya.Az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ispaniyalı jurnalist Fransua Qalardo deyib.


“Barselona” nümayəndələri artıq bir neçə dəfə Miçellə görüşüblər və deyə bilərəm ki, danışıqlarda irəliləyiş var”, - deyə jurnalist vurğulayıb.


Xatırladaq ki, “Jirona” İspaniya çempionatının turnir cədvəlində liderdir. 


Daşqın Həsənov

Missiya.Az



  • 17-01-2024, 15:29