AZ   |   RU
Yevlaxda avtomobillər toqquşub, xəsarət alanlar var


Yevlaxda iki avtomobilin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb.


Missiya.Az "Report"a istinadən xəbər verir ki, şəhər ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı, xəsarət alanlar - 1973-cü il təvəllüdlü Ş.Məmmədov və 1994-cü il təvəllüdlü E.Şəmiyev xəstəxanaya çatdırılıblar.

Onların vəziyyəti kafi və qənaətbəxş hesab edilir.

Faktla bağlı araşdırma aparılır.



  • 11-01-2024, 23:50