AZ   |   RU
Suraxanı Gənclər Evində "Sağlam Həyat Öz Əlimizdədir!" adlı tədbir keçirilib - FOTO


Suraxanı Gənclər Evində  Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində  "Sağlam Həyat Öz Əlimizdədir!" adlı zərərli vərdişlərə qarşı maarifləndirici ilin yekun tədbiri keçirilib. 



Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Novruz Əhmədzadə, Suraxanı Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik leytenantı Surxay Vəliyev, Suraxanı Rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin rəisi, polis polkovnik leytenantı Əfqan Ağayev, Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin əməkdaşları inspektor Əli Abbasov, inspektor İlahə Balayeva , Suraxanı Gənclər Evinin direktoru Natəvan Rüstəmova, Bakı şəhər Gənclər və İdman sektorunun baş məsləhətçisi Elşən Atakişizadə, Sosial psixoloq, ailə məsləhətçisi İlhamə Mustafayeva, Bakı Qida Sənaye Kollecinin müəllim heyəti, tələbələri, həmçinin Suraxanı Rayon 85 saylı tam orta məktəbin müəllim və şagirdləri iştirak etmişdirlər.


Tədbir dövlət himninin səsləndirilməsi ilə başladı. Azərbaycanın Dahi şəxsiyyəti Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərimizin ruhunu 1 dəqiqəlik sükutla yad etməklə davam etdi. 



Ardınca qonaqlar  çıxış edərək, gənclər arasında zərərli vərdişlərə qarşı mübarizənin əhəmiyyəti barədə danışıb, bu işdə müəllimlərin, psixoloqların, valideynlərin üzərinə düşən vacib məsələlərə toxunublar.

 

Zərərli vərdişdən uzaq olmaq və bu sosial bəlaya qarşı mübarizə aparmaq üçün zəruri tövsiyələr verilib. Bildirilib ki, narkomaniya təkcə insanın fiziki sağlamlığına mənfi təsir göstərmir, həm də onun mənəviyyat aləmində, şəxsiyyət kimi formalaşmasında ciddi problemlər yaradır .


Gənclərə siqaret, alkoqol, narkomaniya kimi ziyanlı vərdişlər haqqında geniş məlumatlar verilib, bildirilib ki, Suraxanı Gənclər Evində bu istiqamətdə maarifləndirmə işi mütəmadi olaraq təşkil edilir, görüşlər keçirilir, gənclərə sağlam həyat tərzi aşılanır. 


Onuda qeyd edək ki, tədbir debat formatında baş tutmuş, qonaq və iştirakçılar tərəfindən müsbət qarşılanmışdır.


Görüş xatirə fotoları ilə yekunlaşdırıb.




  • 27-12-2023, 17:55