AZ   |   RU
TAİB təmsilçiləri Tibilisidəki diaspor təşkilatında qonaq olublar – “Alyans” Gənclər Mərkəzində görüş-FOTOLAR

 

Ulu Öndər Heydər Əliyevin 100 illiyinin yekunları ilə bağlı konfrans keçirmək məqsədilə Gürcüstana səfər etmiş Türk Ağsaqqalları İctimai Birliyi – TAİB-in nümayəndələri Tiblisi şəhərində fəaliyyət göstərən, aparıcı diaspor təşkilatlarımızdan biri “Alyans” Gənclər Mərkəzində qonaq olublar. 


Missiya.Az xəbər verir ki, burada qonaqlar Alyansın sədri Leyla Əmrahova , təşkilatın icraçı direktoru Rəna Hüseynova və gənc fəallarla görüşüblər. 


Leyla Əmrahova TAİB nümayəndələrinə rəhbərlik etdiyi Alyansın fəaliyyəti, həyata keçirdiyi layihələr və qarşıdakı planlar barədə ətraflı məlumat verib. 


Xanım Əmrahova çıxışında Diasporla İş Üzrə Dövlət Komitəsinin soydaşlarımızın inkişafında maraqlı olmasından söhbət açaraq, Azərbaycan Dövlətinin dəstəyini həmişə hiss etdiklərini bildirib. Öz növbəsində TAİB sədri, akademik Sudeyif İmamverdiyev də rəhbərlik etdiyi təşkilatın fəaliyyəti, məqsəd və məramlarından danışıb. 


S.İmaverdiyev qeyd edib ki, xarici ölkələrdə yaşayan soydaşlarımızın inkişafı, gənclərimizin təhsili və yerli cəmiyyətlərə inteqrasiyasına xidmət edən bütün təəşəbbüsləri alqışlayır, dövlət komitəsinin təşkilarlara dəstəyini yüksək qiymətləndirirlər. Gələcək birgə layihələrin mümkünlüyü müzakirə olunan görüşdə TAİB nümayəndələri gənclərə öz tövsiyyələrini verib, onlara gələcək fəaliyyətlərində uğurlar arzu ediblər. 


Daha sonra Alyans rəhbərliyi qonaqları təşkilatın ofisi və oradakı sərgi ilə tanış edib. 


Qeyd edək ki, Alyansın ofisində istedadlı gənclərin rəsm əsərləri və digər yadacılıq nümunələri sərgilənir. 


Sonda görüş iştirakçıları TAİB-in təşkilatçılığı ilə Gürcüstana səfər etmiş muğam üçlüyünün çıxışını, bir birindən maraqlı ifalarını dinləyiblər.


Leyla SƏMƏNDƏR
Missiya.Az

 



  • 27-12-2023, 17:46