AZ   |   RU
Erməni məmur: "Kəndimizin ortasında silahlı Azərbaycan əsgərləri gəzir" - FOTOLAR

Azərbaycan sərhədçiləri Ermənistanla sərhəddə yerləşən Vorotan (Bazarçay) kəndində mühəndis-istehkam qurğularının inşasına start verib.

Missiya.Az
xəbər verir ki, bu barədə Gorus merinin müavini İrina Yolyan “Facebook” hesabında yazıb.

Sitat: “Səlahiyyətlilərə Azərbaycanın mühəndis işləri aparması barədə məlumat verilib. Amma onlar susurlar. Düşmən Vorotanda mühəndis işləri apardığı vaxta, Milli Məclisdə snayperlərimiz xalqa tərəf tuşlanıb. Bir müddət sonra Vorotandan Şurnuxu kəndinin  mərkəzinə qədər xəndək qazıldığını görə biləcəyik”, - sitatın sonu.

Yolyan, Azərbaycan əsgərlərinin kəndlərdə silahla gəzməsindən narahat olduqlarını qeyd edib.

Sitat: “Kəndlilərin dinc həyatı təhlükə altındadır. Amma bəziləri Syunikin iqtisadi inkişafından danışır.  Söyləməyə ehtiyac yoxdur ki, ekstremal turizm üçün hər cür şərait yaradılmışdır: səngərlər və kəndin mərkəzində silahlı düşmən olacaq. Belə şeyləri filmlərdə  də görməyəcəksiz”, - sitatın sonu.

Qeyd edək ki, İkinci Qarabağ Müharibəsindən sonra Azərbaycan-Ermənistan sərhəddinin demarkasiyasına start verilib. Artıq demarkasiya prosesi çərçivəsində Qafan rayonundan Ağarak (Əkərək) kəndinə gedən yol tamamilə Azərbaycanın nəzarətinə verilib. Ermənilər Qafan rayonuna həmin yolun Azərbaycan ordusunun nəzarətində olan hissəsindən keçib getməlidirlər. Çünki alternativ yol yoxdur. Hazırda təhlükəsizliyə Rusiya sülhməramlıları cavabdehdir. Ermənistan hökuməti 3 il ərzində yerli əhali üçün alternativ yol çəkməlidir. Ondan sonra yol tam şəkildə Azərbaycan sərhədçilərinin nəzarətinə veriləcək.

Həmçinin Sovet dövründə çəkilən Ermənistan-Azərbaycan sərhəddinə əsasən, ermənilərin qanunsuz olaraq Zəngəzur vilayətinin Gorus şəhəri ərazisinə daxil etdikləri Qubadlının Şahverdilər və Şurnux kəndlərinin bir hissəsi, Gorus-Qafan yolunun 4 kilometrlik hissəsi Azərbaycanın nəzarətinə verilib. Sərhəd xəttinin müəyyənləşdirilməsi GPS və Sovet dövründə hazırlanan xəritələr əsasında həyata keçirilir.

Elvin
Missiya.Az



  • 4-03-2021, 11:08