AZ   |   RU
Ersin Tatar Quterreşin təklif etdiyi şəxsi nümayəndə namizədini təsdiqləyib

 

Şimali Kipr Türk Respublikasının (ŞKTC) prezidenti Ersin Tatar Kipr üzrə təklif edilən şəxsi nümayəndə namizədini təsdiqləyib. 


Missiya.Az xəbər verir ki, bu barədə "Anadolu Agentliyi" məlumat yayıb.


Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreşin BMT baş katibinin Kipr üzrə xüsusi nümayəndəsi vəzifəsinə təklif etdiyi şəxsin Maria Angela Holgin Kuelyar olduğu bildirilib. 


Məlumata görə, Tatar Quterreşin şəxsi nümayəndəsinin təsdiqi ilə bağlı bildirişi dünən axşam saatlarında çatdırıb. 


Kolumbiyanın keçmiş xarici işlər naziri Holgin Kuelyar əvvəllər BMT-də daimi nümayəndə vəzifəsində çalışıb. 


Leyla SƏMƏNDƏR
Missiya.Az



  • 11-12-2023, 17:40