AZ   |   RU
Dəmir yolunda relsi sökərək oğurlamağa cəhd göstərən şəxslər saxlanılıb



Qaradağ rayonu Qobustan dəmir yolu stansiyası ərazisindən 500 metr relsi sökərək oğurlamağa cəhd göstərən 4 nəfəri Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları saxlayıb.

Bu barədə Missiya.Az-a  Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, onların Kəlbəcər rayon sakini İ.Əliyev, İsmayıllı rayon sakini R.Kərimov, Ağstafa rayon sakinləri N.Hüseynov və A.Məmmədov olmaları müəyyən olunub.



  • 9-12-2023, 10:37