AZ   |   RU
Bakıda mənzildə meyit aşkarlanıb


Bakıda mənzildə meyit aşkarlanıb.



Bu barədə Missiya.Az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.


"112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.


Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.


Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.



  • 6-12-2023, 23:32