AZ   |   RU
"Atan anandan çox yaxşı oxuyur"


"İncimə qızım, amma  atan anandan çox yaxşı oxuyur"

Missiya.Az
xəbər verir ki, bu sözləri "El canlı" verilişində müğənni Arzu Qarabağlı taksi sürücüsünün qızına dedikləri barədə danışarkən bildirib.

"Bu yaxınlarda qızım Vüsalla maşınla gedirmiş. Sonra vacib bir işi çıxıb, taksi ilə uşağı yola salmalı olub. Sürücü də ağsaqqal əmi imiş. Uşağımdan soruşub ki, o həmin oğlan Arzu Qarabağlının həyat yoldaşıdır? Və yəqin onlar sənin atan-anandırlar. Qızım da təsdiq edib. Ağsaqqal da: "Onu efirdə görmüşəm. Bir şey deyəcəm, amma xətrinə dəyməsin. Atan anandan çox-çox yaxşı oxuyur", - deyə Arzu Qarabağlı qeyd edib.

Müğənni həyat yoldaşını efirə dəvət etdiklərinə görə, aparıcı Elcan Rəsulova təşəkkür edib və "digər aparıcı dostlar da sağ olsun dəvət edirlər. Lakin Vüsalın marağı yoxdur ki, proqramlara çox çıxsın, oxusun", - sözlərini əlavə edib.

Zərintac Mayisqızı
Missiya.Az




  • 6-12-2023, 15:10