AZ   |   RU
Ərdoğanın müavini Azərbaycanda səfərdədir


Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin xarici əlaqələr üzrə müavini, İstanbul millət vəkili Zəfər Sırakayanın rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda səfərdədir.

Missiya.Az Report-a istinadən xəbər verir ki, səfər Yeni Azərbaycan Partiyasının (YAP) dəvəti ilə həyata keçirilir.

Z.Sırakaya YAP sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovla görüşəcək.

Görüş zamanı iki ölkənin hakim partiyaları arasında əməkdaşlığın genişləndirilməsi, fikir və təcrübə mübadiləsi, həmçinin gələcəkdə atılacaq addımların müzakirəsi nəzərdə tutulub.



  • 4-12-2023, 15:39