AZ   |   RU
Xoşqədəmdən boşanması ilə bağlı yayılan xəbərə reaksiya


Teleaparıcı Xoşqədəm Hidayətqızı həyat yoldaşı müğənni Doğuşla boşanma xəbərlərinə cavab verib.

Missiya.Az
xəbər verir ki, aparıcı bu barədə öz verilişində danışıb.

"Boşanma xəbərimiz yayıldı. Şərhləri oxuyurdum, hamı nələr yazırdı. Allah heç bir ailəyə ayrılıq qismət etməsin. Uşaqlar var. Amma oturub düşündüm ki, boşanan tək mən idim? Hansı beyinlə yaşayırsınız? Heç bir xanım istəməz ki, yuvası dağılsın. Bütün qadınlar xoşbəxt olmaq istəyir. Amma Allahın yazdığı bir qismət var, ondan heç kim qaça bilməz", - deyə Xoşqədəm əlavə edib.


Qeyd edək ki, 9 il əvvəl evlənən cütlüyün əkiz övladı var.


Zərintac Mayisqızı
Missiya.Az




  • 4-12-2023, 15:15