AZ   |   RU
Fransa Ermənistanı yeni müharibəyə təhrik edir - Paris erməniləri silahlandırmağa davam edir

 Fransa Senatı 2024-cü ildə Nexter-in yeni istehsal gücünü nəzərə alaraq, SEZAR artilleriya sistemlərinin Ermənistana tədarükü məsələsinin mümkün qədər tez həll olunmasını tövsiyə edib.

Missiya.Az
xəbər verir ki, Fransa Senatından verilən məlumata görə, Ermənistan bu yaxınlarda Thales-dən üç GM200 radarına dair sifariş imzalayıb və MISTRAL 3 zenit-raket komplekslərinin tədarükü ilə bağlı müzakirələr gedir.

Senatdan  həmçinin bildirilib  ki, Fransanın “Arquus” şirkətinin istehsalı olan “Bastion” tipli 24 zirehli maşın artıq Ermənistana gətirilib və onlara hazırda istehsal olunan eyni tipli daha 26 maşın qoşulmalıdır.

“Fransa hakimiyyəti Ermənistana “müdafiə” silahlarının verilməsi təşəbbüsü ilə çıxış edib. Gəlin eyni səhvləri təkrar etməyək və əvvəldən lazım olan avadanlıqların çatdırılmasını gecikdirməyək. Buna görə də biz Ermənistan hakimiyyətinin bütün müraciətlərinə, xüsusən də onların artilleriyaya ehtiyacı ilə bağlı müraciətlərinə  dərhal cavab verməliyik”, - Fransa Senatından  bildirilib.

Elcan
Missiya.Az



  • 4-12-2023, 10:21