AZ   |   RU
ABŞ Litvaya 45 milyon avro məbləğində PUA verəcək



Litva ABŞ-dən yeni PUA-lar alacaq.

Missiya.Az “Report”a istinadən xəbər verir ki, Litvanın müdafiə naziri Arvidas Anuşauskas bildirib ki, Switchblade 600 PUA-ları 2024-cü ildə veriləcək.

Onun sözlərinə görə, müqavilənin dəyəri 45 milyon avro təşkil edəcək.

“Biz ABŞ-dən sonra yeni PUA-larla təmin olunacaq ilk ölkəyik. Bu bizim imkanlarımızı genişləndirəcək”, - o deyib.



  • 2-12-2023, 13:05