AZ   |   RU
Azərbaycanlı aktyor "Ben bu cihana sığmazam" serialına dəvət aldı - VİDEO



Azərbatcanda da böyük maraqla izlənilən məşhur türk serialı "Ben bu cihana sığmazam"  öz izləyici auditoriyasını getdikcə daha da artırır.


Buna səbəb serialın hər yeni bölümünün həyacan dolu anlarla müşayət olunması, ekran əsərinin ümumən xadakterinin izləyicilərin maraq dairəsi ilə kəsişməsi və ünlü aktyorların heyətə cəlb olunmasıdır. Əsasən yayımı yarımçıq dayandırılmış "Eşkiya dünyaya hökmdar olmaz serialında rol almış aktyorların cəlb olunduğu "Ben bu cihana sığmazam" serialının" növbəti bölümlərində daha bir məşhur sima rol alacaq. 


 Bu, "Eşkiya dünyaya hökmdar olmaz" serialında Xızır Çakırbəylinin qardaşı İlyas obrazını məharətlə canlandırmış  Ozan Akbabadır.  Serialın 48-ci bölümünün anonsunda Ozan Akbaba da görüntülənir. Baş rolun ifaçısı Oktay Kaynarça ona, " Memleketine xoş geldin, kardeşim" deyə xitab edir.


Qeyd edək ki,  Türkiyənin Qars vilayətində anadan olmuş Ozan Akbaba əslən Azərbaycan türküdür.


"Ben bu cihana sığmazam" serialı təkcə Türkiyədə deyil, dünyanın bir çox ölkələrində də böyük izləyici auditoriyasına malikdir.


Elcan
Missiya.Az



  • 2-12-2023, 11:58