AZ   |   RU
Zelenskini rahat buraxmayacağıq - Zaxarova

Ukrayna artıq Qərb mediası üçün maraqlı deyil.


Missiya.Az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova öz teleqram kanalında yazıb.


O bildirib ki, Qərb mediası artıq Ukrayna ilə hətta anti-Rusiya təxribatları formasında belə maraqlanmır.


"Sergey Lavrovun Skopyedəki mətbuat konfransı təxminən 1,5 saat davam edib. Qərb mediası artıq Ukrayna ilə maraqlanmır, hətta anti-Rusiya təxribatları formasında belə. Mövzunu (Ukrayna mövzusunu – red.) söndürüblər. Amma biz Zelenskini rahat buraxmayacağıq", - deyə Zaxarova yazıb.



  • 1-12-2023, 15:36