AZ   |   RU
"8-ci km Ticarət Mərkəzi" ləğv olunur


"8-ci km Ticarət Mərkəzi" MMC ləğv olunduğunu elan edib.

Missiya.Az Report-a istinadən xəbər verir.

Məlumatda deyilir ki, kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxiçavanski küçəsi, 38 K ünvanına bildirə bilərlər.

Xatırladaq ki, "8-ci km Ticarət Mərkəzi" 2000-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,031 milyon manatdır.



  • 30-11-2023, 17:03