AZ   |   RU
"Hesabıma pul qazanırsınız"


"Heç kimin ixtiyarı yoxdur desin ki, Ruhəngiz efirə çıxıb güzgü satır. Bu əlimin zəhmətidir. Geyinirsən bir ayıb, soyunursan bir ayıb, başını bağlayırsan bir ayıb, açırsan bir ayıb. Bu millət axı nə istəyir? 50 ildir ki, bu səhnədə və sənətdə ayaq döymüşəm. Elə şəxslər var ki, onların özləri də ev alıblar, hələ üstəlik dövlət də onlara ev hədiyyə verib".

Missiya.Az xəbər verir ki, bu sözləri Əməkdar artist Ruhəngiz Allahverdiyeva "Tarixin bir günü" verilişində deyib.

"İkiotaqlı bir evim vardı. Orada isə 3 övladım, mən və həyat yoldaşım yaşayırdı. Səhnə paltarlarım çox yer tuturdu. Yazırdılar ki, camaat harada yatır, sən isə paltarlarının dərdini çəkirsən. Sənət adamıyam və geyimlərimə yer lazımdır. Bu dəqiqə kirayədə qalıram, köçə-köçdəyəm. İnanırsınız, ancaq zənbillərdə geyimlərimdir. Söyləyirlər ki, utanmır efirə bu geyimlə çıxır. Sizin qədər zövqüm yoxdur? Əlcəyi, geyimi, şlyapanı, xınayaxdıları da gündəmə gətirib dəb salan Ruhəngiz Allahverdiya olub. Mənə sağ ol deyin ki, siz pul qazanırsınız. Mağazalar açmısınız. Bu güzgüləri zəhmətlə düzəldirəm. Elə vəzifəli şəxslər var ki, onların mağazaları var. Belə çıxır ki, həmin şəxslərə olar, amma mənə yox? Axı siz məndən nə istəyirsiniz? İstəyirsiniz ki, sözümü efirdə bildirim və sizə xoş olsun? Məndən əl çəkin", - deyə Əməkdar artist qeyd edib.


Zərintac Mayisqızı
Missiya.Az




  • 30-11-2023, 15:09