AZ   |   RU
"Bizi çətin oyun gözləyir" - Mahir Emreli

"Bizi çətin oyun gözləyir".

Missiya.Az "Report"a istinadən xəbər verir ki, bunu Xorvatiyanın "Dinamo" klubunun futbolçusu Mahir Emreli Qazaxıstanda "Astana"ya qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup mərhələsinin V turunun oyunundan əvvəl mətbuat konfransında deyib.

26 yaşlı yarımmüdafiəçi həm onlara, həm də meydan sahiblərinə xal lazım olduğunu bildirib: "Bu vaxta qədər "Astana"nı 5 dəfə məğlub etsək də, budəfəki matçın asan olmayacağını bilirik. Yaxşı duel olacaq. Ümid edirəm ki, yenidən qalib gələcəyik".

Qeyd edək ki, bu gün reallaşacaq "Astana" - "Dinamo" görüşü Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.



  • 30-11-2023, 11:40