AZ   |   RU
Nazarbayev sirrlərini açdı - “İkinci arvadım və iki oğlum var”


Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev ilk dəfə öz xatirələrində ikinci arvadı və iki oğlu olduğunu etiraf edib.

Missiya.Az 
xəbər verir ki, bu barədə Orda.kz məlumat yayıb.


"Mənim həyatım" adlı xatirələr kitabında o, iki oğlunu  - Tauman (2005-ci ildə) və Baykeni (2008-ci ildə) dünyaya gətirən Asel İsabayeva ilə münasibətindən danışıb. Siyasətçinin aydınlaşdırdığı kimi, İsabayevanı ilk olaraq Qazaxıstanın cənub-şərqindəki Taldıkorqan şəhərinə səfəri zamanı görüb. Qız dövlət başçısını təyyarənin pilləkənlərində gül dəstələri ilə qarşılayıb. “Belə bir mərasimdə iştirak etmək üçün ən gözəl yerli qızlar seçilir”, - eks-prezident bildirib.


Nazarbayev qeyd edib ki, İsabayevanın obrazı onun yaddaşından getməyib. Bir gün görüb ki, həmin qız “Miss Qazaxıstan” müsabiqəsində Qran-pri qazanıb və bundan sonra onu tapıb. “Aselin həm xarici görünüşündə, həm də düşüncələrində axtardığım bir çox keyfiyyətləri gördüm. Ən əsası isə illərdir davam edən ruhi tənhalıqdan qurtuldum”, - deyə siyasətçi vurğulayıb.Daha sonra sevgililər “müsəlman adətinə görə” evləniblər. Nazarbayev həyat yoldaşı Saraya  (1962-ci ildən evlidir) və qızları Dariqaya (1963-cü il təvəllüdlü), Dinaraya (1967) və Aliyəyə (1980) hər şeyi danışıb.

Elcan
Missiya. Az





  • 30-11-2023, 10:24