AZ   |   RU
Modelyer Şəbnəm və Tünzaləni tənqid etdi


Modelyer Şəlalə Maqsudova müğənni Şəbnəm Tovuzlunu və Tünzalə Ağayevanın geyimini tənqid edib.

Missiya.Az
xəbər verir ki, o bu barədə ATV-də səhər verilişində qonaq olan zaman deyib.

Şəlalə Maqsudova Şəbnəm haqqında belə söyləyib: "Vücudunu tanımır. Türkiyədə bir proqrama qatılmışdı, görəndə utandım. Onu tamam fərqli geyindirərdim. Şalvar və köynək geyinmişdi. Belə bədən quruluşu olana dar şalvar olmaz. Çox gülünc görünürdü".

Modelyer Tünzalə barədə isə əlavə edib: "Çox açıq-saçıq geyinir. Bunun əleyhinə deyiləm. Bədən ölçüləri buna imkan verirsə, özüm də açıq geyinəni alqışlayıram. Tünzaləyə imkan verir, amma çox qabardır. Elə bilir xaricdə hansısa konsert zalındadır".

Zərintac Mayisqızı
Missiya.Az
 




  • 29-11-2023, 12:34