AZ   |   RU
Türkiyədə terrorla əlaqəsi olan şəxslərin əmlakı donduruldu


Türkiyədə PKK-KCK terror təşkilatına bağlı şəxslərin əmlakı dondurulub.

Missiya.Az xəbər verir ki, bu barədə "STAR" nəşri məlumat yayıb.

Ölkənin Xəzinə və Maliyyə Nazirliyinin hazırladığı “Aktivlərin dondurulması haqqında qərar” "Rəsmi Qəzet"də dərc olunduqdan sonra qüvvəyə minib.

Bildirilib ki, müvafiq olaraq Türkiyə ərazisində terror təşkilatı PKK-KCK ilə əlaqəsi olan 62 fiziki şəxsin əmlakı “terrorçuluğun maliyyələşdirilməsi” cinayəti çərçivəsində dondurulub.

Bundan başqa qeyd edilib ki, Avstriya, Belçika, Böyük Britaniya, Danimarka, Fransa, İsveç, İsveçrə, Yaponiya, İtaliya, Norveç, İraq, Suriya, Almaniya və Avstraliyada 20 hüquqi şəxsin Türkiyədəki aktivlərinin dondurulması qərara alınıb.

Zərintac Mayisqızı
Missiya.Az




  • 29-11-2023, 11:09