
Noyabrın 29-d UEFA Çempionlar Liqası yarışlarının qrup mərhələsi çərçivəsində beşinci turun növbəti görüşləri keçiriləcək.
Missiya.Az xəbər verir ki, yarışların “A”, “B”, “C” və “D” qruplarında çıxış edən komandalar növbəti oyunlarına çıxacaqlar.
“A” qrupunda Türkiyənin “Qalatasaray” klubu öz evində İngiltərənin “Mançester Yunayted” komandasını qəbul edəcək. Danimarkanın “Kopenhagen” klubu isə səfərdə Almaniyanın “Bayern-Münih” komandasının qonağı olacaq.
“B” qrupunda Hollandiyanın “PSV Eyndhoven” klubu səfərdə İspaniyanın “Sevilla” komandasının qonağı olacaq. İngiltərinin “Arsenal” komandası isə öz evində Fransanın “Lens” klubunu qəbul edəcək.
“C” qrupunda İspaniya nəhəngi “Real-Madrid” öz evində İtaliyanın “Napoli” klubunu qəbul edəcək. Almaniyanın “Yunion Berlin” komandası isə səfərdə Portuqaliyanın “Braqa” klubunun qonağı olacaq.
“D” qrupunda İtaliyanın “İnter” klubu səfərdə Portuqaliyanın “Benfika” komandasının qonağı olacaq. İspaniyanın “Real-Soseadad” klubu isə öz evində Avstriyanın “Salsburq” komandasını qəbul edəcək.
Daşqın Həsənov
Missiya.Az