Ermənistanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qarşı etiraz kampaniyası başlayıb.Missiya.Az xəbər verir ki, artıq ölkənin bir neçə partiyası Ermənistanın KTMT-dan çıxmas tələbi iləı bəyanat yayıb.
Səbəb kimi təşkilatın Ermənistanla Azərbaycan arasında baş vermiş 44 günlük müharibə zamanı və döyüşlərdən sonra sərhədlə bağlı yaranan problemlərə adekvat reaksiya verməməsi göstərilir.Bəyanata “Konservativ” partiyasının sədri Mixael Hayrapetyan, “Ermənistan Avropa” partiyasının sədri Tigran Khzmalyan və "Suveren Ermənistan" partiyasının sədri David Sanasaryan imza atıb.
Onlar bəyan edirlər ki, KTMT Ermənistan üçün müsbət heçnə vəd etmir.
Sitat:
“Üstəlik, ölkəmiz üçün bu lazımsız Təşkilat, başqa bir təhlükəsizlik quruluşu olan NATO-ya üzv dövlətlərdən, xüsusən ABŞ və Fransadan maddi dəstək almağımıza ciddi maneədir” – sitatın sonu.
Bəyanatda Ermənistan hökmətinə çağırış edilib.
Tələb olunur ki, KTMT Azərbaycanla sərhəd məsələsində niyə Ermənistanı müdafiə etmədiyini izah etsin. Bəyanata imza atan partiya sədrləri hərbi təşkilata üz olan dövlətlərin dərhal Türkiyə və Azərbaycana silah satışını dayandıracaqları ilə bağlı sənədə imza atmalı olduqlarını qeyd ediblər. Onlar Ermənistan hakimiyyətinin bu tələblə KTMT üzvləri qarşısında çıxış etməli olduğunu bildirirlər.
Partiya sədrləri hərbi təşkilatın nizamnamənin birinci və ikinci maddəsinin bəndlərinin tam yerinə yetirilməməsi halında prosedura uyğun olaraq, Ermənistanın KTMT-dan rəsmi sürətdə çıxmaqla bağlı prosesə başlamalı olduğunu bəyan edirlər.Həmçinin bəyanatda qeyd olunub ki, Ermənistan dərhal özü üçün yeni bir təhlükəsizlik doktrinası hazırlamalıdır.
Qeyd edək ki, Ermənistanın üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı həm 44 günlük müharibə zamanı, həm də dövlət sərhəddinin demarkasiyası prosesində bitərəf mövqe tutub, rəsmi İrəvanı müdafiə etməyib. Hətta KTMT-nın baş katibi Stanislav Zas neytral mövqe sərgiləyərək tərəfləri atəşi dayandırmağa səsləmişdi.Təşkilatın mövqeyi Ermənistan ictimaiyyətini, xüsusilə Paşinyan hökumətini razı salmadığı üçün rəsmi İrəvan Rusiyanın aparıcı rola malik olduğu hərbi bloka qarşı birmənalı münasibət göstərmir.
Məsələn, Nikol Paşinyan KTMT-nı öhtəliklərini yerinə yetirmədiyi üçün tənqid edir, həmçinin Azərbaycan-Ermənistan dövlət sərhəddinə beynəlxalq müşahidəçilərin yerləşdirilməsi ilə bağlı açıqlama verərək Rusiyanı sıxışdırmağa çalışır. İrəvanda düşünürlər ki, Rusiyanın aparıcı rol aldığı hərbi blok öz öhtəliklərini yerinə yetirmədiyi halda beynəlxalq müşahidəçilər adı altında ATƏT-in Minsk Qrupunun üvləri - ABŞ və ya Fransanın hərbi yardımından istifadə edə bilərlər. Siyasi şərhçilərin fikirincə, Paşinyan bu addımları ilə Rusiyanı Qərb dövlətlərinin regiona nüfuz edə biləcəyi ilə hədələyir və sərhəd məsələsində mövqelərini gücləndirməyə çalışır.Digər tərəfdən, Ermənistanın KTMT-dan imtinası ilə bağlı bəyanata imza atan partiyaların qərbyönlü siyasi mövqeyini nəzər saldıqda aydın olur ki, proses bir mərkəzdən idarə olunur və hadisələrin gedişinə Paşinyan özü nəzarət edir.
Görünən odur ki, Paşinyan müxtəlif yollarla Rusiyaya təzyiq göstərməyə, Moskvanın yüksək nüfuza malik olduğu təşkilatı aşağılamağa, Qərb ölkələrindən hərbi yardım almağa çalışır. Təbii ki, Nikol Paşinyanın bu mövqeyi Rusiyanın hakim dairələrinin ürəyincə deyil.ElvinMissiya.Az