AZ   |   RU
Aİ Ukrayna hərbçilərinin təlimi üçün əlavə 200 milyon avro ayırıb


Avropa İttifaqı (Aİ) Ukrayna hərbçilərinin təlimi üçün əlavə olaraq 200 milyon avroya yaxın vəsait ayırıb.


Missiya.Az Report-a istinadən xəbər verir ki, bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.


Bildirilib ki, bu gün Şura Aİ-nin Ukrayna üçün hərbi təlim missiyası çərçivəsində əlavə maliyyə ayırmağa qərar verib.


Qeyd edilib ki, məbləğ 194 milyon avro artırılıb və ümumilikdə 255 milyon avro təşkil edəcək.



  • 28-11-2023, 18:47