AZ   |   RU
“Porto”da etdiklərimi “Barselona”da etsəydim “Qızıl Top”u qazanmışdım” - Kuareşma

Əgər “Porto”da etdiklərimi “Barselona”da etsəydim “Qızıl Top” mükafatını qazana bilərdim”.


Missiya.Az xəbər verir ki, bunu Portuqaliya milli komandasının sabiq futbolçusu Rikardo Kuareşma deyib.


Qeyd edək ki, futbol karyerasına "Sportinq Lissabon"da başlayıb və "Barselona", "İnter", "Porto", "Çelsi", " Beşiktaş", "Əl-Əhli", "Kasımpaşa” və nəhayət, "Vitoriya"da forma geyinib. Dünya futbolunun azsaylı istedadlarından sayılan Kuareşma rabona və trivela hərəkətləri ilə tanınır. 15 il Portuqaliya millisində çıxış edən Kuareşma 80 matçda meydana çıxıb və 10 qol vurub. O, 2016-cı ildə Portuqaliya milli komandası ilə futbol üzrə Avropa çempionatınının qızıl medalını qazanıb. 

 


Daşqın Həsənov
Missiya.Az



  • 28-11-2023, 14:26