
"Bu gün bəzi müğənnilərin 5-10 min manat verib Yutubda mahnılarını "trend" etməklə bizim səviyyəmizdə olmaları anlamına gəlmir. Məsələn, mənə də təklif olunur ki, gəlin, musiqilərinizi "trend"ə salaq, instaqramınızı 1-2 milyon edək. Özüm-özümü niyə aldadım?"
Missiya.Az xəbər verir ki, bu sözləri müğənni Ayan Babakişiyeva "Xəbərin var?" verilişində deyib.
O, pulla mahnılarına Yutubda izləyici toplayanlar barədə danışıb.
"Klip təqdimatı edən zaman Xalq artistləri Aygün Kazımova, Faiq Ağayev kimi məşhurlar gəlib. Yutubda ifaları "trend" olanlar el şənliklərində, məclislərdə iştirak edən müğənnilər olublar. Sonradan efirdə kommersiya xarakterli verilişlər açılıb, öz mahnılarını orda təqdim ediblər. Zamanında kliplərim və klip təqdimatları üçün müəyyən vəsaitlər xərcləmişəm, sənətimə sərmayə qoymuşam. Amma heç vaxt pul verib efirə çıxmamışam. Kommersiya müğənnisi olmamışam. İlk dəfə səhnə çıxışım Heydər Əliyev Sarayında olub və Aygün Kazımova ilə Murad Dadaşov təqdim edib. Düşünmürəm ki, o müğənnilər səhnədə elə təqdim olunublar. Şou-biznes başqa şeydir, müğənnilər, tanınmış insanlar isə başqadır. Toy müğənnisi toyda oxuyub pul qazanırsa , bu, onun göstərdiyi şou anlamına gəlmir. Bu, şou - biznes deyil. Mənə elə gəlir ki, şounu biz göstərir, amma biznesi yəni,pulu onlar qazanırlar", - deyə müğənni qeyd edib.
Zərintac Mayisqızı
Missiya.Az