AZ   |   RU
Meqastar Bakıya həyat yoldaşı ilə gəlibmiş


25 noyabrda türkiyəli tanınmış müğənni, meqastar Tarkanın "Baku Crystal Hall"da konserti olub.

Missiya.Az xəbər verir ki, Türki mediasının məlumatında müğənninin Bakıya həyat yoldaşı Pınar Dileklə gəldiyi deyilir.

Cütlüyün şəhərdə lentə alınan görüntüləri yayılıb.

Tarkan, həmçinin, "Möhtəşəm gecə oldu. Möhtəşəm idin, Bakı. Super enerjiniz, coşqunuz, marağınız və sevginiz üçün təşəkkür edirəm" deyə təəssüratlarını yazıb.

Qeyd edək ki, ifaçının konsertində böyük izdiham müşahidə olunurdu.

Zərintac Mayisqızı
Missiya.Az





  • 27-11-2023, 14:46