AZ   |   RU
İranda qar uçqunu olub, 5 nəfər ölüb, 4 nəfər yaralanıb



İranın qərbindəki Lorestan əyalətinin Oştorankuh dağ silsiləsində qar uçqunu nəticəsində 5 alpinist ölüb, 4 nəfər isə yaralanıb.

Missiya.Az “Report”a istinadən xəbər verir ki, bu barədə İran Qızıl Aypara Cəmiyyətinin başçısı Məhəmməd Kadami bildirib.

Bildirilib ki, noyabrın 25-də xilasedicilərin səyi nəticəsində itkin düşən daha üç alpinistin cəsədi tapılıb.



  • 25-11-2023, 14:25