AZ   |   RU
İntihar etmək istəyirəm - Dilan Polat


"Mən intihar etmək istəyirəm".

Missiya.Az
 Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu sözləri türkiyəli sosial media fenomeni Dilan Polat həyat yoldaşı Engin Polatla telefon danışığı zamanı deyib.

Məlumata görə, Dilan Polatın psixologiyasının pisləşdiyini anlayan vəkillər onunla görüşmək üçün həbsxanaya gediblər.

Qeyd edək ki, Dilan Mərmərə həbsxanasında, Engin Çorlu həbsxanasındadır.

Xatırladaq ki, onlar “Cinayətdən əldə edilən gəlirlərin yuyulmasının qarşısının alınması, Vergi Proseduru Qanununun pozulması, futbol və digər idman yarışlarında mərc və şans oyunlarının tənzimlənməsi” cinayətlərinə görə həbs ediliblər.

Zərintac Mayisqızı
Missiya.Az




  • 24-11-2023, 14:04