AZ   |   RU
Avropada faşizm ideyaları genişlənir - Hollandiya seçkilərinin yaratdığı təhlükəli mənzərə


Hollandiyada keçirilən parlament seçkilərində Geert Vildersin rəhbərlik etdiyi ifrat sağçı Azadlıq Partiyası (PVV) böyük fərqlə qalib gəlib. Bu barədə exit-poll məlumat yayıb. Nəticələrə əsasən ifrat sağçılar böyük fərqlə qalib gələrək, parlamentdə 150 yerdən 37 mandat qazanıblar. Hollandiyanın hazırkı baş naziri Mark Ruttenin rəhbərlik etdiyi Azadlıq və Demokratiya Uğrunda Xalq Partiyası (VVD) isə 24 mandat alaraq, üçüncü yerdə qərarlaşıb.


İfrat sağçıların parlament seçkilərində qalib gəlməsi onu göstərir ki, vətəndaşlar da açıq-aşkar faşizmi dəstəkləyirlər. Bu gün Rusiya-Ukrayna müharibəsində Kiyevi dəstəkləyən Hollandiya xalqının seçkilərdə faşizmə dəstək verməsi əslində onların çirkin niyyətlərini ortaya qoymuş olur. Əslində ifrat sağçıların qələbə qazanması Ukrayna kimi savaşın bataqlığında olan bir ölkənin də ziyanınadır. Onlar Ruttenin başçılıq etdiyi hökumətin Ukraynaya maliyyə və silah yardımları ayırmasının hər zaman əleyhinə olublar. Çox ehtimal ki, Hollandiya hökuməti bundan sonra Kiyevə heç bir yardım ayırmayacaq. Xüsusilə qeyd edək ki, bir müddət öncə Ukrayna ilə Hollandiya arasında əldə olunan razılaşmaya görə, Amsterdam F-16 qırıcı təyyarələrini Kiyevə göndərməliydi. Hətta ukraynalı pilotların orada təlim keçməsi haqqında mətbuatda məlumatlar da yayılmışdı. F-16 kimi üstünlüyə malik olan bir qırıcı təyyarələrin bundan sonra Ukraynaya təhvil verilməsidə  çox çətin görünür.

Digər tərəfdən Avropanın əsas ölkələrindən olan Hollandiyada nasistlərin qələbə qazanması qitədə faşizm ənənələrinin get-gedə güclənməsinin əyani sübutudur. Bu kimi hadisələr bir daha onun göstərir ki, özünü “demokratiya”nın beşiyi hesab edən qitədə bu gün yeni Hitler meydana çıxmaq ərəfəsindədir. Əslində Avropada faşizm ideyalarının hər zaman hökm sürdüyünü söyləyə bilərik. Buna misal olaraq, qitənin bir çox aparıcı ölkələrində müsəlmanlara qarşı edilən vəhşilikləri və İslam dinin müqəddəs kitabı sayılan Qurani-Kərimin yandırılmasını göstərə bilərik.

Faşizmi Avropada dəstəkləyən ölkələrdən biri də “demokratiya” maskası altında gizlənmiş Fransanı misal göstərmək olar. Bu gün Avropada müsəlmanların ən çox zülmə məruz qaldığı və təhdid olunduğu ölkələrdən biri də məhz Fransadır. Paris hökuməti hər zaman ölkədə yaşayan müsəlmanların dinini təhqir etməklə yanaşı, həmdə qadınların islam dinin əsas tələblərindən biri hesab edilən baş örtüsü geyimininə qadağalar tətbiq edirlər. Bu isə ölkədə irqçliyin və dini ayrıseçkiliyin hökm sürdüyünün bariz nümunəsidir.

Fransa kimi bir dövlətin faşizm ənənələrini uzun müddətdir davam etdirməsinə daha bir nümunə kimi frika qitəsində apardığı kolonizm siyasətinin göstərmək olar. Fransa uzun illərdir ki, həmin qitədə hərbi varlığını davam etdirərək, oradakı ölkələrin bütün sərvətlərini toplayır və ı insanların haqlarını əlindən alır. Fransa hətta qitənin bir çox ölkələrində kolonizm siyasətini davam etdirmək üçün orada qanlı qırğınlar da törədərək, bir çox sivil insanın ölümündə iştirak edir. 

Bu gün hətta az qala bütün dünyaya demokratiya dərsi keçməyə çalışan Avropanın özündə faşizm ideyalı təbliğ olunur və bu get-gedə daha çox yayılmağa başlayır. Belə olduğu halda isə faşizm ideyası bütün qitəni caynağına alaraq, bir çox yerlərdə sivil insanların qanlarının tökülməsinə səbəb olacaq. Dünyaya demokratiya dərsi keçməyə çalışan Avropa yaxşı olardı ki, daxilində faşizmin daha çox vüsət almasının qarşısını almaq üçün bir sıra vacib tədbirlərə al atsın və qitənin gələcəyini təhlükə altına atmasın. Hollandiyanın timsalında faşizm ideyası tezliklə bütün qitəyə sürətlə yayıla bilər. Bu isə bütün dünya üçün təhlükəli gedişatdır.

Daşqın Həsənov
Missiya.Az



  • 24-11-2023, 11:38