AZ   |   RU
Füzulidə 4 erməni hərbçinin meyiti aşkarlanıb

Azərbaycanın Füzuli rayonu ərazisində Ermənistan ordusunun 4 hərbçisinin meyiti tapılıb.

Missiya.Az
xəbər verir ki, məlumatı “Aysor” yayıb.

Onların kimliyi məhkəmə-tibbi ekspertizasından sonra müəyyən ediləcək.

Məlumata görə, Azərbaycanın işaldan azad edilən ərazilərindən 2020-ci il noyabrın 10-dan sonra 1 623 nəfərin meyiti aşkarlanaraq Ermənistana təxliyə edilib.

Xatırladaq ki, meyiti tapılan hərbçilər İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan Ordusu tərəfindən məhv ediliblər.

Report

  • 2-08-2021, 17:20