Cümə axşamı 12 İyun 2025 / 9:37:55
                    AZ   |   RU
İraq və Azərbaycan müxtəlif beynəlxalq təsisatlarda hər zaman həmrəylik nümayiş etdirir

Azərbaycanın müstəqilliyinin bərpasında sonra Azərbaycan – İraq əlaqələri yüksələn xətlə inkişaf edir. Hər iki ölkə rəhbərliyinin və rəsmilərinin qarşılıqlı səfərləri və dövlətlərin maraqlarını, onların qarşılıqlı münasibətlərini özündə əks etdirən rəsmi sənədlərin yenilənərək imzalanması da günümüzdə baş verən hadisələrin reallığını əks etdirən hadisə olaraq dəyərləndirilməlidir.


Ölkəmizin tarixən etnik, dini və mədəni tellərlə bağlı olduğu İraq Respublikası ilə əlaqələrin inkişafına xüsusi önəm daşıyır.

 20 noyabr tarixində İraq Prezidenti Əbdüllətif Cəmal Rəşidin Azərbaycana ilk rəsmi səfəri Azərbaycan-İraq münasibətlərinin inkişafında böyük əhəmiyyət daşıyır. Bu səfər və səfər çərçivəsində aparılmış danışıqlar və imzalanmış sənədlər bunun bariz nümunəsidir. 


Azərbaycan ilə İraq arasında mövcud siyasi dialoqun, iqtisadi-ticarət əlaqələrinin, parlamentlərarası və regionlararası əməkdaşlığın və mədəni mübadilələrin davamlı şəkildə inkişafı real siyasi vəziyyətin mövcudluğundan irəli gəlir və eyni zamnda bu sahədə yeniliklər tələb edir. Çünki beynəlxalq aləmdə sürətlə dəyişən gündəm ölkələrarası mnasibətlərə yenidən baxılmasını şərtləndirir. Bu mənada İraq prezidentinin səfəri tarixi labüdlüyün reallığını əks etdirir. Hər iki dövlətin beynəlxalq səviyyəli təşkilatlarda təmsil olunması regionda baş verən hadisələrə münasibət və maraqların uzlaşdırılması baxımından səfərin əhəmiyyətini daha da artırır.


Azərbaycan Prezidenti İlham Əliyev və İraq Prezidenti Əbdüllətif Camal Rəşidin iştirakı ilə müxtəlif sahələrin bundan sonrakı inkişafını və yeni münasibətlərin qurulmasını  özündə əks etdirən sənədlərin imzalanması gələcək hərtərəfli münasibətlərin inkişafında mühüm rol oynayacaq.


İkitərəfli görüşdən sonra hər iki Prezidentin mətbuata verdiyi bəyanatda bu barədə xüsusilə qeyd ediblər

Azərbaycan Prezidenti İlham Əliyev: Bu səfər ölkələrimiz arasında dostluq münasibətlərinin güclənməsinə töhfə verəcək və əməkdaşlığımızda yeni səhifə açacaq. Yeri gəlmişkən, bu, diplomatik əlaqələr tarixi boyunca İraq Prezidentinin Azərbaycana ilk rəsmi səfəridir. Ona görə də bu, tarixi səfərdir.


Biz təkbətək görüşümüz zamanı və nümayəndə heyətləri ilə görüşdə ikitərəfli gündəliyimizin bir çox məsələlərini müzakirə etdik, faktiki olaraq gələcək əməkdaşlığımız üçün əsas istiqamətləri müəyyənləşdirdik. Biz sözsüz ki, beynəlxalq təsisatlarda bir-birimizi dəstəkləməyə davam edəcəyik. İraq və Azərbaycan müxtəlif beynəlxalq təsisatlarda hər zaman həmrəylik nümayiş etdirir. Biz BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında hər zaman bir-birimizi dəstəkləyirik, bir-birimizin suverenliyini və ərazi bütövlüyünü müdafiə edirik”


İraq Prezidenti Əbdüllətif Camal Rəşid: “Səfərimiz çox səmərəli və çox faydalı oldu. Əməkdaşlığımız keçmişdəkindən daha da güclü olmaq üzrədir. Biz bir çox fəaliyyət sahələrində - infrastrukturun inşası, ticarət, neft və qaz, transmilli layihələr, eyni zamanda, İraqa investisiyalar, eləcə də turizm və təhsilin, həmçinin iki ölkə üçün çox əhəmiyyət kəsb edən sahələrin təşviqi ilə bağlı əməkdaşlıq edə bilərik”


Yusif Əliyev
Nizami Rayon İcra Hakimiyyətinin əməkdaşı, Vətən müharibəsi veteranı



  • 22-11-2023, 12:26