AZ   |   RU
Azərbaycanda azyaşlı qız ZORLANDI
 
Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə Bərdə şəhərində azyaşlı qızın zorlanması və işin polis əməkdaşları tərəfindən araşdırılmaması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Missiya.Az
xəbər verir ki, DİN-in mətbuat xidmətindən Unikal.org-a bildirilib ki, Bərdə şəhərində azyaşlı qızın zorlanması və guya bu işin polis əməkdaşları tərəfindən araşdırılmaması ilə bağlı yayılan məlumatlar özündə həqiqəti əks etdirmir:

“İyunun 12-də Bərdə şəhər Cumalar kənd sakini Calal Baxtiyarov saat 19:54 radələrində Daxili İşlər Nazirliyinin “102” Xidməti Zəng Mərkəzinə müraciət edərək səhər saatlarında qızı 2006-cı il təvəllüdlü H.B-nın evdən çıxıb geri qayıtmaması və itkin düşməsi barədə məlumat verib.
 
Dərhal məlumatla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb və məlum olub ki, itkin düşmüş şəxs səhər saatlarında Bərdə şəhər avtovağzalına gələrək oradan Bərdə-Bakı marşrutu ilə hərəkət edən avtomobillərdən birinə sərnişin qismində əyləşib və paytaxt istiqamətinə gedib.
Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin şəxs Bakı şəhərində tapılaraq iyunun 15-də ailəsinə təhvil verilib”.

Bildirilib ki, iyunun 16-da C.Baxtiyarov yenidən Bərdə Rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət edərək qızı H.B-nın 2020-ci ilin avqust ayında həmkəndlisi olan bir nəfər şəxs tərəfindən zorlandığını bildirib:

“Dərhal bu şikayət üzrə də Polis Şöbəsində araşdırmalar aparılıb və müvafiq ekspertizalar təyin edilib. Ekspertizanın rəyi əsasında həqiqətən də bakirəliyin pozulması müəyyən edildiyindən faktla bağlı Bərdə Rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 152.1-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanılıb.

İş üzrə şübhəli şəxs qismində Bərdə şəhər sakini olan həmin şəxs Y.B tutularaq istintaqa təqdim edilib. Onun barəsində Bərdə Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə əhəmiyyət kəsb edən digər xüsusatların müəyyən edilməsi istiqamətində zəruri istintaq araşdırmaları davam etdirilir”.


  • 2-08-2021, 13:54